Lənkəranda 20 yaşlı gənc hovuzda boğulub - YENİLƏNİB

Lənkəranda 20 yaşlı gənc hovuzda boğulub - YENİLƏNİB Lənkəranda Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda boğulan gəncin adı məlum olub.
Hadisə
30 İyun , 2019 01:39
Lənkəranda 20 yaşlı gənc hovuzda boğulub - YENİLƏNİB

Lənkəranda Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda boğulan gəncin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Şiləvar kənd sakini, 20 yaşlı Fəxrəddin Ədalət oğlu Babayev suda boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan F.Babayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur. 

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq. 

Faktla bağlı araşdırma aparılır.


*** 00:23

Lənkəranda Olimpiya İdman Kompleksində boğulma olub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə kompleksin üzgüçülük hovuzunda qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan hovuzda çimərkən boğulub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi