Lənkəranda 2 məktəbli qızı maşın vurub - YENİLƏNİB

Lənkəranda 2 məktəbli qızı maşın vurub - YENİLƏNİB Lənkəran rayonunda avtomobilin vurduğu iki məktəbli qızın şəxsiyyəti məlum olub.
Hadisə
9 aprel 2019 10:58
Lənkəranda 2 məktəbli qızı maşın vurub - YENİLƏNİB

Lənkəran rayonunda avtomobilin vurduğu iki məktəbli qızın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Lüvəsər kənd sakini, 2008-ci il təvəllüdlü Nərmin Adıgözəlova və Bəlləbur kənd sakini, 2009-cu il təvəllüdlü Xeyrənisə Cəfərzadə təhsil aldıqları şəhər 8 saylı orta məktəbdən evə qayıdarkən onları maşın vurub.

Hər iki məktəbli qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər.


*** 13:02

Lənkəran şəhərində məktəbdən qayıdan iki şagirdi maşın vurub.

"Report"un Cənub mərkəzi xəbər verir ki, hadisə şəhər 8 saylı orta məktəbin qarşısında baş verib.

Belə ki, məktəbdən çıxan zaman yolu qarşı tərəfə keçmək istəyən iki qız şagirdi avtomobil vurub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar  "təcili yardım"  maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi