Lənkəranda 19 yaşlı gənc döyülərək su arxına atılıb

Lənkəranda 19 yaşlı gənc döyülərək su arxına atılıb Lənkəran rayonunda 19 yaşlı gənc su arxına atılıb.
Hadisə
28 Sentyabr , 2019 11:05
Lənkəranda 19 yaşlı gənc döyülərək su arxına atılıb

Lənkəran rayonunda 19 yaşlı gənc su arxına atılıb.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə sentyabrın 27-də axşam saatlarında Ləj kəndinin yaxınlığında qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1999-cı il təvəllüdlü Pərviz Cümşüd oğlu Köçəriyev evdən çıxıb, ancaq geri qayıtmayıb. Bundan sonra ata övladının axtarışına çıxıb və onu huşsuz vəziyyətdə su arxında köməksiz vəziyyətdə tapıb. Bundan sonra P.Köçəriyev qapalı-kəllə beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 

Ata oğlunu üç nəfər naməlum maskalı şəxslərin döydüyünü, üst geyimini çıxardıqdan sonra isə əl-qolunu bağlayaraq su arxına atdıqlarını bildirib. 

Artıq P.Köçəriyevdən izahat alınıb, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi