Lənkəranda 17 yaşlı oğlan atasının avtomobili ilə qəza törədib

Lənkəranda 17 yaşlı oğlan atasının avtomobili ilə qəza törədib Avtomobil qəzası baş verib
Hadisə
5 Aprel , 2021 10:49
Lənkəranda 17 yaşlı oğlan atasının avtomobili ilə qəza törədib
0 : 00
0 : 00

Lənkəranda avtomobil qəzası baş verib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, şəhərin H.Z.Tağıyev küçəsi, 170 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Emin Habil oğlu Babazadə atasına məxsus avtomobili idarə edərək qəza törədib.

Belə ki, o, idarəetməni itirərək Su-kanal İdarəsinin nasosxanasının hasarına çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 yaşlı sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona hər iki topugun çatlağı diaqnozu qoyulub. Qəza nəticəsində hasar uçulub, qaz təsərrüfatına da ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi