Yuxarı

Lənkəranda 12 yaşlı velosipedçini maşınla vuraraq qaçan sürücü tutulub - FOTO - VİDEO - YENİLƏNİB

O, sərxoş vəziyyətdə saxlanılıb

Lənkəran. 01 sentyabr. REPORT.AZ/ Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanın "VAZ 2106" markalı, "DJ-301Az12" dövlət qeydiyyat nişanlı avtomaşınla törədildiyi müəyyənləşdirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, sürücü sərxoş vəziyyətdə saxlanılıb.

Ağır bədən xəsarətləri alan Ə.Axundzadə Reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın vəziyyəti ağır olaraq qalır.

***00:22

Lənkəran rayonunda 12 yaşlı velosipedçi naməlum avtomobil tərəfindən vurulub.

"Report"un Cənub bürosu xəbər verir ki, ağır bədən xəsarətləri alan 2004-cü il təvəllüdlü Axundzadə Əbdülhəsən Cavid oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə Zərifə Əliyeva və Mirhaşım Ağayev küçələrinin kəsişməsində baş verib. Zərifə Əliyeva, 52 ünvanında yaşayan uşaq, zərbənin gücündən bir neçə metr aralıda hasara çırpılıb.

Hazırda sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri görülür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi