Yuxarı

Lənkəranda 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib

Lənkəranda 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib 1742
Bu əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib

Bakı. 6 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib.

ANAMA-dan “Report”a verilən məlumata görə, yanvarın 5-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə rayonun Velədi kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş əraziyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilmiş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş naməlum əşyanın ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

Ümumilikdə agentlik tərəfindən 01 yanvar – 05 yanvar 2018-ci il tarixlərində Tərtər və Lənkəran rayonları ərazisində 1 əkin sahəsinə və bazar ərazisinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 5 300 kv.m ərazi yoxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi