Lənkərana yağan aramsız yağışlar daşqınlara səbəb olub - VİDEO

Lənkərana yağan aramsız yağışlar daşqınlara səbəb olub - VİDEO Evlər su altında qalıb
Hadisə
4 Oktyabr , 2017 22:52
Lənkərana yağan aramsız yağışlar daşqınlara səbəb olub - VİDEO

Lənkəran. 4 oktyabr. REPORT.AZ/ Lənkərana yağan aramsız yağışlar daşqınlara səbəb olub.

"Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran çayının daşması nəticəsində Sütəmurdov kəndi və şəhərin çaykənarı məhəllələri su altında qalıb.

Bəzi həyətlərdə suyun səviyyəsi metr yarımdan yuxarıdır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri evlərdə köməksiz vəziyyətdə qalan insanların təxliyyəsi ilə məşğul olurlar. Axın güclü olduğundan FHN-in xilasediciləri çayın digər sahilindəki evlərə rezin qayıqlarla yaxınlaşa bilmirlər. Bu səbəbdən motorlu qayıqlardan istifadə etmək zərurəti yaranıb. Rayonun daha bir neçə kəndində, o cümlədən Girdəni kəndində də vəziyyət gərgin hal alıb.

Masallı rayonunda da Boradigah çayının məcrasından çıxması səbəbindən 100-ə qədər həyəti su basıb. Təsərrüfatlara ciddi ziyan dəyib.

Elektrik təsərrüfatlarında baş verən qəzalar səbəbindən Lənkəranın əksər əraziləri saatlarla işıqsız qalıb.

Son xəbərlər

Orphus sistemi