Bakı. 6 iyul. REPORT.AZ/ Lənkəranın Vel kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, "VAZ-2104" markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
Nəticədə 1989-cu il təvəllüdlü Nəcəfova Nargilə Tahir qızı, 2013-cü il təvəllüdlü oğlu Nəcəfov Ələddin Əlizamin oğlu və uşağın nənəsi, 1957-ci il təvəllüdlü İsmayılova İmmi Heybət qızı xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Nəvə və nənənin vəziyyəti ağırdır. Yaralıların hamısı Bərdə rayon sakinləridirlər.
Avtomobildə ümumilikdə 5 nəfər olub. Qəza onlar Bərdədən Lənkərana istirahət mərkəzinə gedərkən baş verib.

