Lənkərana istirahətə gedən gənci avtomobil vurub

Lənkərana istirahətə gedən gənci avtomobil vurub Lənkəran. 9 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 sentyabr 2018 13:50
Lənkərana istirahətə gedən gənci avtomobil vurub

Lənkəran. 9 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkərana istirahətə gələn 1998-ci il təvəllüdlü Bakı şəhər sakini Nurulla Baxşıyev "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ətrafdakıların köməkliyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş və döş qəfəsindən ağır travma alan yaralı koma vəziyyətindədir. Diaqnostik müayinələrdən sonra N.Baxşıyev Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi