​Lənkəran və Qazax sakinlərindən marixuana götürülüb

​Lənkəran və Qazax sakinlərindən marixuana götürülüb Şəhər sakinindən 2 kiloqram 28,9 qram marixuana götürülüb
Hadisə
5 Sentyabr , 2015 14:10
​Lənkəran və Qazax sakinlərindən marixuana götürülüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Lənkəran şəhər sakini Fərhad Tağıyevdən 2 kq 28,9 qr marixuana götürülüb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fərhad Tağıyevdən 2 kiloqram 28,9 qram marixuana götürülüb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Ürkməzli kənd sakini Azad Əhmədovun evinə baxış zamanı dipçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu və 483,54 qram marixuana aşkar edilib.

Son xəbərlər

Orphus sistemi