Lənkəran və Ağstafada evlər yanaraq külə dönüb

Lənkəran və Ağstafada evlər yanaraq külə dönüb Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 92 m² sahədə yanıb.
Hadisə
28 Yanvar , 2021 21:38
Lənkəran və Ağstafada evlər yanaraq külə dönüb

Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 92 m² sahədə yanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Ağstafa rayonunun Həsənsu kəndində ümumi sahəsi 140 m² olan kürsülü birmərtəbəli evin 1 otağının taxtadan ibarət arakəsməsi və ev əşyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi