Lənkəran şəhərində mina aşkar olunub - FOTO

Lənkəran şəhərində mina aşkar olunub - FOTO Aprelin 5-də Lənkəran şəhəri ərazisində mina tapılıb.
Hadisə
6 Aprel , 2019 04:22
Lənkəran şəhərində mina aşkar olunub  - FOTO

Aprelin 5-də Lənkəran şəhəri ərazisində mina tapılıb.

“Report”un Cənub mərkəzi  xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunan ərazidə dəniz sahilinə baxış keçiriblər. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazini sərhədçilər mühasirəyə alıblar. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62P3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tank əleyhinə minanın ətrafında 1,500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 

Son xəbərlər

Orphus sistemi