Bakı. 12 mart. REPORT.AZ/ Lənkəran şəhərində mağazalardan birində yanğın baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Ləvəngi dairəsi adlanan yerdə avtomobil ehtiyat hissələri satılan mağazada qeydə alınıb.
Yanğın hazırda davam edir. Hadisə yerinə Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin üç avtomaşını cəlb edilib.
Mağaza Cabbarlı Hamlet Hacıbala oğluna məxsusdur.




