Bakı. 12 dekabr. REPORT.AZ/ Lənkəran şəhər sakininin üzərindən 1 kiloqrama qədər narkotik vasitə aşkarlanıb.
"Report" xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Şücaət Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,036 qram heroin və 695 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.