Lənkəran sakininin avtomobilindən silah aşkarlanıb

Lənkəran sakininin avtomobilindən silah aşkarlanıb Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Hüseynov idarə etdiyi "Vaz 2121" markalı avtomobi
Hadisə
22 Noyabr , 2021 10:08
Lənkəran sakininin avtomobilindən silah aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Hüseynov idarə etdiyi "Vaz 2121" markalı avtomobillə saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, ŞRPŞ-də həmin avtomobilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən lüləsi və qundağı kəsilmiş "abrez" tipli nömrəsi silinmiş ov tüfəngi və həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əhməd Hüseynov
Əhməd Hüseynov

Son xəbərlər

Orphus sistemi