Lənkəran sakininin 2 baş atı tövlədə güllələnərək öldürülüb

Lənkəran sakininin 2 baş atı tövlədə güllələnərək öldürülüb Lənkəranda naməlum şəxs tövlədə 2 baş atı ngüllələyərək öldürüb.
Hadisə
20 Oktyabr , 2021 10:59
Lənkəran sakininin 2 baş atı tövlədə güllələnərək öldürülüb

Lənkəranda naməlum şəxs tövlədə 2 baş atı güllələyərək öldürüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Digah kənd sakini Bəhmən Nəriman oğlu İbrahimova məxsus iki baş at naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb.

Təsərrüfat sahibinin sözlərinə görə hadisə gecə baş versə də o, bundan səhər saatlarında xəbər tutub. İki baş atın odlu silahdan atəşlə öldürüldüyünü görən kənd B.İbrahimov dərhal Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edib.

O, bildirib ki, atlardan biriu biri baş, digəri boyun nahiyəsindən güllələnib.

Təsərrüefat sahibi deyib ki, oxşar hadisə iki ay əvvəl qonşu təsərrüfatda baş verib. Bir baş inəyin baş nahiyəsinə küt alətlə vurulması nəticəsində tələf olub. Birinci hal üzrə iribuynuzlunun tələf olması ilə bağlı şikayətçi olmasa da, güllələnmə hadisəsindən sonra polisə müraciət olunub.

Ehtimal olunur ki, hər iki hadisəni törədən eyni şəxsdir.

Son xəbərlər

Orphus sistemi