Yuxarı
    Bağlamaq

    Astarada 28 yaşlı gəncin ölümünə səbəb olan sürücü saxlanılıb - FOTO - YENİLƏNİB

    Sürücü Lənkəranın Digah kəndinin sakini Cəfərov İzzət Qurban oğludur

    Bakı. 2 yanvar. REPORT.AZ/ Astaranın Siyavar kəndi ərazisində 28 yaşlı gənci vuraraq qaçan sürücü polis tərəfindən saxlanılıb.

    "Report"un məlumatına görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Astara sakini Həsənov Zamin Zahir oğlunun ölümünə səbəb olan şəxs Şürük-Siyavar-Bazar marşrutu üzrə hərəkət edən 42-BK-492 dövlət nişanlı "Mercedes" markalı avtonəqliyyat vasitəsinin sürücüsüdür.

    O, hadisə yerindən qaçsa da polis tərəfindən Lənkəran rayonunun ərazisində şübhəli şəxs qismində saxlanılıb.

    Polisdən verilən məlumata görə, sürücü Lənkəranın Digah kəndinin sakini Cəfərov İzzət Qurban oğludur.

    *** 21.35 

    Bakı. 2 yanvar. REPORT.AZ/ Astaranın Siyavar kəndi ərazisində bu axşam Lənkəran sakinini maşın vurub.

    "Report"un məlumatına görə, Lənkəranın Şahağacı kəndinin sakini 1988-ci il təvəllüdlü Həsənov Zamin Zahir oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.  Şahidlərin sözlərinə görə, hadisəni törədən "Gazel" markalı maşın olub.

    Meyit tibbi ekspertizadan keçirilməsi üçün Lənkəran Rayon mərkəzi xəstəxanasının morquna gətirilib.

    Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində Astara polisi tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi