Yuxarı

Lənkəran sakinindən odlu silah götürülüb

Lənkəran sakinindən odlu silah götürülüb
Faktla bağlı araşdırma aparılır

Lənkəran. 1 may. REPORT.AZ/ Lənkəran rayon sakinindən odlu silah götürülüb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, dalan 4, ev 2 ünvanda yaşayan Bəxtiyar Sərdar oğlu Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman üzərində gəzdirdiyi "Naqan" tipli tapança aşkar edilərək götürülüb. 

Əvvəllər dəfələrlə oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkumluq həyatı yaşayan B.Hüseynov barəsində cinayət işi açılıb. Maddi sübut kimi götürülən odlu silahdan hər hansı bir cinayətdə istifadə olunub-olunmadığını müəyyənləşdirmək üçün ekspertizaya təqdim olunub. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi