Lənkəran sakinindən 12 kiloya yaxın narkotik bitkilər aşkarlanıb

Lənkəran sakinindən 12 kiloya yaxın narkotik bitkilər aşkarlanıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq mə
Hadisə
3 İyul , 2020 16:54
Lənkəran sakinindən 12 kiloya yaxın narkotik bitkilər aşkarlanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub Mərkəzinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonu, Balıqçılar qəsəbəsinin sakini Mirhəbib Nurullayev saxlanılıb. M.Nurullayevin  yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 40-180 santimetr hündürlüyündə 19 ədəd olmaqla 11 kiloqram 870 qram çəkidə çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi