Lənkəranda 58 yaşlı kişi yanıq xəsarəti alıb

Lənkəranda 58 yaşlı kişi yanıq xəsarəti alıb Lənkəran sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alıb.
Hadisə
2329
5 Sentyabr , 2020 19:01
Lənkəranda 58 yaşlı kişi yanıq xəsarəti alıb

Lənkəran sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alıb.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, Kərgəlan kənd sakini, 1962-ci il təvəllüdlü İsgəndər Tofiq oğlu Cəfərov samovarı qaynatmaq istəyib.

O, samovarı alışdırmaq məqsədilə yanacaq kimi səhvən benzindən istifadə edib. Bu zaman əlindəki qabda olan benzin məhlulu alışaraq partlayıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Cəfərova döş qəfəsinin, sağ əlin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi