Yuxarı

Lənkəran sakini və oğlu qohumlarını döyüb

Lənkəran sakini və oğlu qohumlarını döyüb

Lənkəran. 27 avqust. REPORT.AZ/ Lənkəranda qayınata və qayın qohumlarını döyüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Haftoni qəsəbəsində baş verib. Kənd sakinləri 1962-ci il təvəllüdlü Hicran Şabanov və oğlu Şahin Şabanov həmkəndliləri olan 1951-ci il təvəllüdlü Nigar Muradova Ağaxan qızının evinə gələrək ev sahibinə, bu evdə yaşayan Nigarın bacısı 1957-ci il təvəllüdlü Əminəyə ağır bədən xəsarətləri yetiriblər. 

Zərərçəkənlərin sözlərinə görə atasına köməyə gələn Ş.Şabanovun əlində bıçaq olub. Onlar bu ailənin üzvlərini ölümlə təhdid ediblər. Bundan başqa, 4 ildir evlərində gəlin olan, iki uşaq anası 1996-cı il təvəllüdlü Aynur Şabanovaya da xəsarətlər yetiriblər. Bundan sonra hər iki bacının üz-gözləri, üst-başlarının qan içində olduğunu görüb evi tərk ediblər. N.Muradovanın sözlərinə görə qızı bu ailəyə gəlin köçəndən sonra onu həmişə təhqir ediblər, alçaldıblar: "Deyirlər ki, uşaqları saxla,  özün çıx get ananın evinə, səni istəmirik, səni almaqda səhv eləmişik. Bu gün səhər də evlərində dava-dalaş olub. Qızım da sakitçə uşaqlar da götürüb gəlib bizə. Onlar xəbər tutan kimi hücüm çəkiblər üstümüzə, bizi bu günə qoyublar"

Xəsarət alan N.Muradova və Ə. Muradova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bədənin müxtəlif nahiyələrinin travmaları ilə yanaşı Ə. Muradovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Polis qohumlarının evinə hücum çəkərək onlara xəsarət yetirən ata və oğulun izahatlarını alıb. Faktla bağlı araşdırma aparılır.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi