Lənkəranda qadına qarşı cinayət törədildi

Lənkəranda qadına qarşı cinayət törədildi Lənkəranda qadına qarşı quldurluq edən şəxslər saxlanılıb.
Hadisə
162
5 Mart , 2020 13:07
Lənkəranda qadına qarşı cinayət törədildi

Lənkəranda qadına qarşı quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin LƏnkəran regional qrupundan “Report”a verilən məlumata görə, Separadi kənd sakini D.İbadova Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edib. 

O bildirib ki, fevralın 20-də saat 3 radələrində evinə girmiş bir nəfərin onu bıçaqla hədələyərək qızıl boyunbağısını və mobil telefonunu alıb.

Lənkəran ŞRPŞ və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri K.İsmayılov və R.Məcidzadə müəyyən edilərək saxlanılıblar. 

Son xəbərlər

Orphus sistemi