Lənkəran sakini maşın oğurlamaqda təqsirli bilinərək saxlanılıb

Lənkəran sakini maşın oğurlamaqda təqsirli bilinərək saxlanılıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
15 Noyabr , 2017 12:48
Lənkəran sakini maşın oğurlamaqda təqsirli bilinərək saxlanılıb
Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Lənkəran şəhər sakini maşın oğurlamaqda təqsirli bilinərək saxlanılıb.

"Report"un Cənub bürosunun məlumatına görə, ötən ay Şirvan şəhərində oğurlanan avtomaşın Lənkəran şəhər sakini,  18 yaşlı Vüqar Rafiq oğlun Əizadənin yaşadığı ünvanda aşkarlanıb. 

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının lənkəranlı həmkarları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı avtomaşının yeri müəyyən edildiyi Vaqif Məmmədov küçəsi, 25 saylı evin həyətinə baxış keçirilib. 

Baxış zamanı həyətdə olan 42-BA-265 dövlət qeydiyyat nişanlı avtomaşının ötən ayın 31-də Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi, 77 saylı binanın qarşısından oğurlanan, Əliyev Xəyyam Afət oğluna aid olduğu müəyyən edilib. Həmçinin avtomaşının 35-BL-048 dövlət qeydiyyat nişanı ilə əvəzləndiyi, açar və arxa oturacağının dəyişildiyi də məlum olub.

Avtomaşının oğurlanmasında təqsirli bilinən V.Əlizadə istintaqa verdiyi ilkin izahatında avtomaşını oğurlamadığını, Şirvan şəhərində "Məxi" kimi tanıdığı tanışından 350 manata aldığını söyləyib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi