Lənkəran sakini güllələnib

Lənkəran sakini güllələnib Lənkəranda yerli sakin
Hadisə
4 Noyabr , 2021 12:03
Lənkəran sakini güllələnib

Lənkəranda yerli sakin güllələnib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Boradigah ərazisinə yaxın yerdə baş verib.

Belə ki, rayonun Qumbaşı kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Cəlil oğlu Hüseynov ov etmək məqsədilə evdən çıxıb.

Yaxınlarının sözlərinə görə, E.Hüseynov ehtiyatsızlıqdan silah əlində açılıb və çiyin nahiyəsindən odlu silah yarası alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralı əməliyyata götürülüb.

Son xəbərlər

Orphus sistemi