Yuxarı

Lənkəran icra hakimiyyəti başçısının müavini: "500 evi su basıb" - VİDEO

Su basan ərazilərdən əhalinin köçürülməsi davam edir

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Hazırda Lənkəranda fövqəladə hal müşahidə olunur. Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhər İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib". Bunu "Report"a Lənkəran şəhər icra hakimiyyəti başçısını müavini Möhübbət Babayev deyib.
M.Babayev bildirib ki, çaylarda suyun səviyyəsi 15 metrəyə qədər artıb: "Lənkəranda yağış suları aylıq normanın 50 faizini ötüb. Nəticədə bütün çaylar daşaraq məcrasından çıxıb. Bir çox fərdi təsərrüfatlar, evlər su altında qalıb, bir körpü dağılıb, digərlərinə isə ciddi ziyan dəyib". 
İcra hakimiyyəti rəsmisi onu da əlavə edib ki, yağışın fəsadları aradan qaldırılır: "Lənkəran Şəhər İcra Hakimiyyətinə daxil olan məlumata görə, 500-dən artıq ev su altında qalıb. Dağ kəndlərində yolların yuyulması, köhnə tikili olan evlərin dağılması halları baş verib. Əsas istəyimiz insan tələfatının olmamasıdır. Su basan ərazilərdən əhalinin köçürülməsi davam edir".



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi