Lənkəran çayında 23 yaşlı oğlan boğulub - YENİLƏNİB-2

Lənkəran çayında 23 yaşlı oğlan boğulub - YENİLƏNİB-2 Lerik rayonunda çayda boğulan şəxsin meyiti sudan çıxarılıb.
Hadisə
26 İyun , 2019 16:25
Lənkəran çayında 23 yaşlı oğlan boğulub - YENİLƏNİB-2

Lerik rayonunda çayda boğulan şəxsin meyiti sudan çıxarılıb. 

"Report"un yerli bürosu xəbər verir ki, Cavid Mehrəliyevin meyiti suda batdığı yerdən 3 kilometr aralıqda tapılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***15:41

Lerik rayonunda çayda çimərkən boğulan şəxsin adı məlum olub. 

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Mehrəliyev Cavid Sakit oğlunun batması barədə məlumat daxil olub. 

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu cəlb edilib.

Meyitin axtarışları davam edir. 


*** 14:22

Lerik rayonunda gənc oğlan çayda boğulub.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, hadisə Lənkəran çayının Lerik rayonu ərazisindən keçən hissəində baş verib.

Belə ki, Lerik rayonuna qonaq gəldiyi bildirilən gənc oğlan çimmək üçün çaya girib. O, çayda çimərkən batıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdşalrı və xilasedicilər cəlb olunub. 

Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın  meyitinin sudan çıxarılması üçün axtarışlara başlanılıb.

Son xəbərlər

Orphus sistemi