Lənkəranda 43 yaşlı kişi intihar edib

Lənkəranda 43 yaşlı kişi intihar edib Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir
Hadisə
102
31 İyul , 2017 09:24
Lənkəranda 43 yaşlı kişi intihar edib

Lənkəran. 31 iyul. REPORT.AZ/ Lənkəranda intihar hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, hadisə rayonun Girdani kəndində baş verib.

Kənd sakini 1974-cü il təvəllüdlü Əkrəm Qəhraman oğlu Kərimov yaşadığı evin həyətində özünü asaraq intihar edib. Onun hansı səbəbdən canına qıyması isə hələlik məlum deyil.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maadəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi