​Leninqradda azərbaycanlı öz maşınında güllələnib

​Leninqradda azərbaycanlı öz maşınında güllələnib Elsin Heydərov 6 güllə yarası alaraq keçinib
Hadisə
4 Fevral , 2016 22:30
​Leninqradda azərbaycanlı öz maşınında güllələnib

Bakı. 4 fevral. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətinin Tosnenski rayonunun Yam-İjora qəsəbəsində əvvəllər məhkum edilmiş azərbaycanlı güllələnib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat yayıb.

Hadisə fevralın 3-ü Rusiya vaxtı ilə 23:15-də Leninqradski küçəsi,10-da qeydə alınıb. 42 yaşlı Elsin Heydərov Qafqaz mətbəxi kafesinin yanında saxladığı "Mercedes-Benz Gelandewagen" markalı avtomobilinin salonunda olub. Müəyyən məqamda sözügedən ünvana "Chevrolet Lacetti" markalı avtomobil gəlib və nəqliyyat vasitəsinin sərnişinləri dərhal "Mercedes"ə atəş açmağa başlayıblar. Atəşi dayandırdıqdan sonra isə canilər hadisə yerindən qaçıblar. Açılan atəş nəticəsində Elsin Heydərov 6 güllə yarası alıb və dünyasını dəyişib.

Bir müddətdən sonra müəyyən edilib ki, mərhumun məhkumluğu olub. Həmçinin məlum olub ki, Heydərov Ön Qafqaz regionlarından meyvə-tərəvəz tədarükü ilə məşğul olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi qaldırılıb. 

Son xəbərlər

Orphus sistemi