İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları Lapşinlə görüşüb

İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları Lapşinlə görüşüb “Görüş İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub”
Hadisə
10 Fevral , 2017 17:08
İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları Lapşinlə görüşüb

Bakı. 10 fevral. REPORT.AZ/ Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin fevralın 10-da vətəndaşlığını daşıdığı İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları ilə görüşüb.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

“Görüş beynəlxalq hüquq normalarına uyğun olaraq, İsrailin Azərbaycan Respublikasındakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub” - E.Sultanov deyib.

Son xəbərlər

Orphus sistemi