Yuxarı

​Baş Prokurorluq: Lamiyə Quliyevanın uşağının atasının şəxsiyyəti məlumdur

“Lamiyə Quliyeva zorlanmayıb”

Bakı. 9 fevral. REPORT.AZ/ Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bakıda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Lamiyə Quliyeva zorlanmayıb. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov əlavə edib ki, onun ötən ilin oktyabrında dünyaya gətirdiyi uşağın atasının şəxsiyyəti məlumdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi