Lamiyə Quliyeva: “Mənə qarşı haqsızlıq edənlərin cəzasını Allah verəcək”

Lamiyə Quliyeva: “Mənə qarşı haqsızlıq edənlərin cəzasını Allah verəcək” O, özü ilə birlikdə tutulmuş keçmiş nişanlısı Vüqar Əliyevin də azadlığa çıxmasını istədiyini vurğulayıb
Hadisə
20 Fevral , 2015 13:59
Lamiyə Quliyeva: “Mənə qarşı haqsızlıq edənlərin cəzasını Allah verəcək”

Bakı. 20 fevral. REPORT.AZ/ “Azadlığa çıxmağımda əməyi olan hər kəsə təşəkkür edirəm”. “Report”un xəbərinə görə, bunu bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdən sonra azadlığa buraxılan Lamiyə Quliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, özünə qarşı ədalətsizlik olsa da, sonradan haqq-ədalət bərpa edilib: “Mənə qarşı haqsızlıq edənlərin cəzasını Allah verəcək”.

O, özü ilə birlikdə tutulmuş keçmiş nişanlısı Vüqar Əliyevin də azadlığa çıxmasını istədiyini vurğulayıb.

Xatırladaq ki, məhkəmə prosesi Lamiyə Quliyevanın Cinayət Məcəlləsinin (CM) 317.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.08.2010-cu il tarixli hökmündən Baş Prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov tərəfindən verilmiş apelyasiya protestinə əsasən keçirilib. Prokurorluğun verdiyi protest L.Quliyevanın son cinayət işi ilə bağlı olub.

Qeyd edək ki, Lamiyə Quliyeva Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən azadlıqdan məhrum edilib. L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi qaldırılıb. Bu cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Son xəbərlər

Orphus sistemi