​Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb - YENİLƏNİB - FOTO

​Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb - YENİLƏNİB - FOTO O, məhkəmənin qərarını göz yaşları içində qarşılayıb
Hadisə
20 Fevral , 2015 13:30
​Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb - YENİLƏNİB - FOTO

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan Lamiyə Quliyevanın cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək deyib ki, L.Quliyeva barəsində olan məhkəmə hökmü dəyişdirilməlidir. Zərəçəkən Aysel Ağayeva da hökmün dəyişdirilməsi ilə bağlı təklifə etiraz etməyib. Zərərçəkənin vəkili Sücəddin Hacıbalayev isə məsələyə hüquqi qiymət verilməsini tələb edib. Vəkil prokurorluğun protestini əsassız sayıb.

Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev hakimdən müdafiə etdiyi şəxsin gənc, himayəsində isə azyaşlı uşağın olmasının nəzərə alınmasını və hökmün dəyişdirilməsini xahiş edib.

Sonra hakimlər müşavirəyə gedib, müşavirədən qayıtdıqdan sonra hakim Qədim Babayev məhkəmə qərarını oxuyub. Beləliklə, L.Quliyevanın özünün gənc, himayəsində isə azyaşlı uşağın olması nəzərə alınaraq onun bağlı məhkəmə hökmü dəyişdirilib. Belə ki, L.Quliyeva ilə bağlı Cinayət Məcəlləsinin 317.1 maddəsi 62.1 maddəsinə tövsif olunub. Bu maddə ilə də ittiham olunan L.Quliyevanın cəzası fevralda bitmiş sayıldığından, məhkəmə zalından azadlığa buraxılıb.

L.Quliyeva məhkəmənin bu qərarını sevinc göz yaşları içində qarşılayıb. Bunu "haqqın və ədalətin bərpası" kimi qiymətləndirib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, məhkəmə prosesi Lamiyə Quliyevanın Cinayət Məcəlləsinin (CM) 317.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.08.2010-cu il tarixli hökmündən Baş Prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov tərəfindən verilmiş apelyasiya protestinə əsasən keçirilib. Prokurorluğun verdiyi protest L.Quliyevanın son cinayət işi ilə bağlıdır.

Qeyd edək ki, Lamiyə Quliyeva Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən azadlıqdan məhrum edilib. L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi qaldırılıb. Bu cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Son xəbərlər

Orphus sistemi