"Laçın" ticarət mərkəzinin qarşısında orta yaşlı kişi bıçaqlanıb

"Laçın" ticarət mərkəzinin qarşısında orta yaşlı kişi bıçaqlanıb Hadisə söyüş üstündə baş verib
Hadisə
18 May , 2018 05:26
Laçın ticarət mərkəzinin qarşısında orta yaşlı kişi bıçaqlanıb

Bakı. 18 may. REPORT.AZ/ Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1986-ci il təvəllüdlü Yaqubov Ramiz Təvəkkül oğlu "Laçın" ticarət mərkəzinin qarşısında tanışı ilə söyüşə görə əlbəyaxa dava edib.

Dava zamanı o, sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi