Yuxarı

Avropa Oyunları zolağından qanunsuz istifadə edən sürücülərin sayı kəskin azalıb

Vaqif Əsədov: Bunu KİV-də aparılan təbliğatın nəticəsi kimi qiymətləndirmək olar

Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" ilk Avropa Oyunlarının iştirakçıları üçün nəzərdə tutulan yol zolaqlarına daxil olaraq qaydaları pozduğuna görə cərimələnən sürücülərin sayı açıqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, mayın 29-dan iyunun 23-dək I Avropa Oyunlarının zolağına daxil olaraq qaydanı pozan 1 834 sürücü barədə protokol tərtib edilib.

V.Əsədovun sözlərinə görə, son bir həftədə - iyunun 16-dan 23-dək cəmi 34 sürücü "Bakı 2015" ilk Avropa Oyunlarının iştirakçıları üçün nəzərdə tutulan yol zolaqlarına qanunsuz daxil olmaqla qayda pozuntusuna yol verib: "Son bir həftə ərzində Avropa Oyunları zolağından hər gün təxminən 4-5 sürücü qanunsuz olaraq istifadə edib. Qeyd etdiklərim çox yaxşı göstəricidir. Bunu da KİV-də aparılan təbliğatın nəticəsi kimi qiymətləndirmək olar". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi