Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın Lənkəran rayonunun Vilvan kəndində yol-nəqliyyat hadisəsi baş verib. Report-un Daxili işlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, hadisə zamanı Abşeron rayon sakini Sevil Abbasova idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən kənd sakini Zəkəriyyə Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada dünyasını dəyişib. Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Lənkəranda qadın sürücü ölümlə nəticələnən qəza törədib
Hadisə
15 Sentyabr , 2014
15:27


Rus versiyası
В Лянкяране произошло ДТП со смертельным исходом
Son xəbərlər
