Yuxarı

Lökbatan qəsəbəsindəki ticarət mərkəzindən oğurluq edilib

Faktla bağlı araşdırma aparılır

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonundakı ticarət mərkəzindən oğurluq etmiş şəxslər tutulub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 30-da Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Asif Nəsibova məxsus geyim əşyaları oğurlanıb. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunan Şaməddin Muradov və Mübariz Qasımov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi