Kuznetskdə ölmüş vəziyyətdə tapılan qadın Azərbaycanda dəfn olunacaq

Kuznetskdə ölmüş vəziyyətdə tapılan qadın Azərbaycanda dəfn olunacaq Ölümün səbəbləri araşdırılır
Hadisə
4 Oktyabr , 2016 16:03
Kuznetskdə ölmüş vəziyyətdə tapılan qadın Azərbaycanda dəfn olunacaq

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiyanın Kuznetsk şəhərində ölmüş vəziyyətdə tapılan qadını Azərbaycanda dəfn edəcəklər.

"Report" Rusiya KİV-inə istinad xəbər verir ki, 24 yaşlı qadının meyiti oktyabrın 1-də günortadan sonra Pravda küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında tapılıb. Onun 4 və 2 yaşlı iki qız övladı var.

Ölümün səbəbləri araşdırılır.

Mərhumun həyat yoldaşı qadını vətənində dəfn etmək üçün meyiti Azərbaycana gətirib.

Son xəbərlər

Orphus sistemi