Küveytin Azərbaycandakı səfirliyinin avtomobili qəzaya düşüb

Küveytin Azərbaycandakı səfirliyinin avtomobili qəzaya düşüb Hadisə Nəsimi rayonu, Salamzadə küçəsində baş verib
Hadisə
30 Dekabr , 2015 17:04
Küveytin Azərbaycandakı səfirliyinin avtomobili qəzaya düşüb

Bakı. 30 dekabr. REPORT.AZ/ Küveytin Azərbaycandakı səfirliyinin avtomobili qəzaya düşüb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, Salamzadə küçəsində baş verib. Ordubad rayon sakini Bəxtiyar Abbasov idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə səfirlik maşınını vurub. O, Küveyt səfirliyinə məxsus "Toyota Land Cruiser" markalı avtomobili arxadan vurub.

Hər iki avtomobilə zərər dəyib. Hadisə nəticəsində ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi