Kustar üsulla hazırlanan pərdə və jalüzlərdən istifadəyə görə cərimələnən sürücülərin sayı açıqlanıb

Kustar üsulla hazırlanan pərdə və jalüzlərdən istifadəyə görə cərimələnən sürücülərin sayı açıqlanıb Bu gün Bakıda pərdə və jalüzlərdən istifadəyə görə 11 sürücü cərimələnib
Hadisə
16 Noyabr , 2015 14:19
Kustar üsulla hazırlanan pərdə və jalüzlərdən istifadəyə görə cərimələnən sürücülərin sayı açıqlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakıda pərdə və jalüzlərdən istifadəyə görə 11 sürücü cərimələnib.

Bunu "Report"a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, pərdə və jalüzlərdən istifadə edən sürücülər müxtəlif yollarla məsuliyyətdən yayınmağa çalışıblar: "İnzibati məsuliyyətə cəlb olunan 11 sürücüdən 7-si pərdə və jalüzlərdən istifadəyə verilən icazənin bitməsindən məlumatsız olmasını, 4 nəfəri isə bunu unutması ilə əlaqələndirərək məsuliyyətdən yayınmağa çalışıb. Lakin hər bir sürücü bilməlidir ki, qəsdən və ya ehtiyatsızlıq üzündən "Yol hərəkəti haqqında" qanun tələblərini pozan sürücülər kimliyindən asılı olmayaraq cərimələnəcək".

Şöbə rəisi bildirib ki, sənayə üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə verilən icazənin bitməsi ilə bağlı bu gündən etibarən yol polisi paytaxt Bakıda reydlərə başlayıb: ""Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələblərinə əsaslanaraq, görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan, sənaye üsulu ilə hazırlanan plyonka, pərdə və jalüzlərin quraşdırılaraq avtomobillərin istifadəsi faktlarına görə inzibati məsuliyyət tətbiq olunur. Bununla əlaqədar bir neçə gün öncədən KİV vasitəsi ilə məlumat yayılıb və sürücülərə xəbərdarlıq olunub. Qanunun tələbinə əməl etməyən sürcülər 150 manat cərimələnəcək".

V.Əsədov əlavə edib ki, kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi yay mövsümü ilə əlaqədar verilən icazə müddətində də qadağandır: "Bu ilin ötən dövründə kustar üsulla hazırlanan pərdə və jalüzlərdən istifadəyə görə 3 000-dən artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Təkcə ötən həftə kustar üsulla hazırlanan pərdə və jalüzlərə görə isə 49 sürücü cərimələnib".

Son xəbərlər

Orphus sistemi