Kürəkənini "kislota" ilə yandıran qadın psixiatriya xəstəxanasına göndərilib

Kürəkənini "kislota" ilə yandıran qadın psixiatriya xəstəxanasına göndərilib Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini kislota ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
25 Yanvar , 2019 11:11
Kürəkənini kislota ilə yandıran qadın psixiatriya xəstəxanasına  göndərilib
Report/ Firi Salim

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.

Qərara əsasən, K.Əsədovanın barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. O, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, K.Əsədova ötən ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağali oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsədn sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. 

Son xəbərlər

Orphus sistemi