Yuxarı
    Bağlamaq

    Kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən qadının məhkəməsi başlayıb

    © Report

    Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    "Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmədə elan olunub ki, K.Əsədovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

    Məhkəmənin baxış iclası dekabrın 7-nə təyin edilib.

    Qeyd edək ki, K.Əsəsdova bu ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağalə oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

    K.Əsəsdova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsədn sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi