Kürdəxanıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Kürdəxanıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Sentyabr , 2016 12:59
Kürdəxanıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Kürdəxanıda yolu keçmək istəyən şəxsi maşın vurub. 

“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 16-da saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini Hüseyn Hüseynov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən qəsəbə sakini Şakir Əzizovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi