Kürdəxanı qəsəbə sakini döyülərək ağır xəsarətlər alıb

Kürdəxanı qəsəbə sakini döyülərək ağır xəsarətlər alıb Bakıda döyülmə hadisəsi olub.
Hadisə
8 Sentyabr , 2019 22:57
Kürdəxanı qəsəbə sakini döyülərək ağır xəsarətlər alıb

Bakıda döyülmə hadisəsi olub.

"Report" xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin sakini Məmişov Əli Nəbi oğlu ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması, ənsə və çənə sümüyünün sınığı diaqnozu qoyulub. 

Əli Məmişov yıxıldığını bildirsə də, həkimlər onun fikri ilə razılaşmayıb.

Həkimlərin ilkin rəyinə görə, Kürdəxanı qəsəbə sakini döyülərək ağır xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi