Kürdəxanı qəsəbəsində 500 kv.m-lik qamışlıq yanıb

Kürdəxanı qəsəbəsində 500 kv.m-lik qamışlıq yanıb Yaşayış evləri yanğından mühafizə olunub.
Hadisə
10 Aprel , 2016 17:43
Kürdəxanı qəsəbəsində 500 kv.m-lik qamışlıq yanıb

Bakı. 10 aprel. REPORT.AZ/ Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki qamışlıqda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nəticədə 500 kv.m sahədə qamışlıq yanıb.

Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. 

Yanğın saat 15:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi