Kürdəmirin Mərkəzi Poçt binasında yanğın olub

Kürdəmirin Mərkəzi Poçt binasında yanğın olub Kürdəmirdə yanğın hadisəsi baş verib.
Hadisə
2118
27 İyul , 2020 21:35
Kürdəmirin Mərkəzi Poçt binasında yanğın olub

Kürdəmirdə yanğın hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Mərkəzi Poçt binasının zirzəmisində qeydə alınıb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun tüstüsü binanı bürüyüb və yanğının söndürülməsinə çətinlik yaradıb. Lakin buna baxmayaraq yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi