Kürdəmirə əmisigilə qonaq gələn şəxs bıçaqlanıb

Kürdəmirə əmisigilə qonaq gələn şəxs bıçaqlanıb Kürdəmir. 30 iyun. REPORT.AZ/ Kürdəmir rayonunun Şüşün kəndində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
30 İyun , 2018 19:02
Kürdəmirə əmisigilə qonaq gələn şəxs bıçaqlanıb

Kürdəmir. 30 iyun. REPORT.AZ/ Kürdəmir rayonunun Şüşün kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Zərdabdan Kürdəmirə əmisigilə qonaq gələn 1979-cu il təvəllüdlü Kərimov Mais Məhəmməd oğlu qohumlar arasında düşən mübahisə zəminində bıçaqlanıb.

O, məsələyə müdaxilə edən zaman bıçaq xəsarəti alıb.

Məlik Mahmudlu kənd sakini olan M.Kərimov yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra, yaralı Bakıdakı xəstəxanalardan birinə gətirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi