Kürdəmirdə yük maşını piyada qadını vurub - VİDEO

Kürdəmirdə yük maşını piyada qadını vurub - VİDEO Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Sentyabr , 2019 00:14
Kürdəmirdə yük maşını piyada qadını vurub - VİDEO

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı -Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmirdə məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün 1981-ci təvəllüdlü Səlimova Gülnaz Muğan qızı yolu keçmək istəyərkən onu Türkiyə vətəndaşı, Ümüd adlı sürücünün idarə etdiyi “Mercedes” markalı yük maşını vurub.

Ağır bədən xəsarətləri alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi