Kürdəmirdə yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
23 Oktyabr , 2019 04:24
Kürdəmirdə yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, Göranboy sakini, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Füzuli oğlu və Bakı sakini, 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlu müxtəlif növ bədən xəsarəti alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

*** 01:39

Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, TIR markalı yük maşını qarşıda hərəkətdə olan mişar daşı ilə dolu "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi