Kürdəmirdə yük avtomobili piyadanı vuraraq xəsarət yetirib - VİDEO - ƏLAVƏ OLUNUB

Kürdəmirdə yük avtomobili piyadanı vuraraq xəsarət yetirib - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
22 Oktyabr , 2019 07:42
Kürdəmirdə yük avtomobili piyadanı vuraraq xəsarət yetirib - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub


***00:09

Kürdəmir rayonunda yük avtomobili piyadanı vurub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Vaqif prospektində qeydə alınıb.

Qasımov Firidun Mirzəhüseyn oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən rayon sakini, 1961-ci il təvəllüdlü Zeynalov Ağamirzə Mirzə oğlunu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi