Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı 6-ya çatıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, xəsarət alanlar bir ailənin üzvləridir.
Bunlar Bakı sakinləri - 49 yaşlı sürücü Mustafayev Mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayeva Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayeva Nəzrin Xəyyam qızı, 36 yaşlı İbrahimova Təravət Yasin qızıdır.
Kürdəmir rayonunda yol qəzası olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınının arxasındakı qoşquya çırpılıb. Nəticədə "Mercedes"də olan 4 nəfər müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






